Fransa 1-ci Liqasında "Nans" klubuna 7:2 hesabı ilə məğlub olan "Genqam" klubunun qapıçısı Jonas Lössl əsəblərinə hakim ola bilməyib.
Newsport.az xəbər verir ki, Fransa 1-ci Liqasında "Nans"ı qəbul edən "Genqam" klubu 8-ci dəqiqədə hesabı açmasına baxmayaraq sonda 7:2 hesablı biyabırçı məğlubiyyətlə oyunu uduzub. Oyundan sonra isə əsəblərini hakim ola bilməyən "Genqam" klubunun qapıçısı əsəbini əlcəklərindən çıxaraq onları zibil yeşiyinə atıb.