İspaniya La Liqasında yenilik

İspaniya Peşəkar Futbol Liqası yeni qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, qurum La Liqa çərçivəsində baş tutacaq oyunları "facebook"da canlı yayımlayacaq. Artıq bu işə bu gün start veriləcək. Belə ki, La Liqanın XXIII turunda baş tutacaq "Qranada" - "Real Betis" La Liqanın rəsmi "facebook" səhifəsində futbolsevərlərə canlı yayımda təqdim olunacaq.

Qarşıdakı aylarda hesabat turunda keçiriləcək bir neçə oyunun bu şəkildə yayımlanması planlaşdırılıb. 

Qeyd edək ki, "Qranada" - "Betis" oyunu Bakı vaxtı ilə saat 23:45 da start götürəcək. Oyuna "facebook"da "La Liga" səhifəsində canlı yayımda baxmaq imkanınız olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right