"Qarabağ"la oyunu xatırlamaq lazım deyil"

"Dnepr" klubunun kapitanı Ruslan Rotan Ukrayna kubokunun 1/8 final mərhələsində qalib gəldikləri "Volın"la cavab görüşü (4:0) haqda danışıb.

"Düşünmürəm ki, "Qarabağ"la oyunu xatırlamaq lazımdır. Bəli, belə oyunlar bəzən olur və anlayırıq ki, bu bizim üçün xoşagəlməzdir. Lakin geriyə baxmaq lazım deyil. Çünki irəliyə doğru hərəkət edirik. "Volın"la görüşdə yaxşı nəticə göstərərək qalib gəldik və yolumuza davam edirik. Ola bilsin ki, parlaq oyun nümayiş etdirmədik, ancaq əsas qələbə qazanmaq idi ki, buna da nail olduq".

Qeyd edək ki, "Dnepr" Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olmuşdu. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right