Avropanın ən yaxşı hakimi Premyer Liqadan imtina etdi

Avropada 2016-cı ilin ən yaxşı hakimi seçilən Mark Klattenburq maraqlı qərar qəbul edib. 

 

Newsport.az-ın məlumatına görə, ingilis referi bundan sonra ölkəsinin çempionatında matçlar idarə etməyəcək. BBC-nin yaydığı xəbərə görə, o, artıq bu haqda İngiltərə Futbol Federasiyasına müraciət edib. 

 

Mənbə 41 yaşlı referinin bundan sonra Səudiyyə Ərəbistanının çempionatında fəaliyyət göstərəcəyini iddia edib. 

 

Qeyd edək ki, Klattenburq 1993-cü ildən hakimlik edir. O, 2006-cı ildə FİFA dərəcəsini alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right