"Mançester Siti"nin hücumçusuna göz dəydi

"Mançester Siti"nin heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, "şəhərlilər"in braziliyalı hücumçusu Qabriel Jezus sıradan çıxıb. Premyer Liqanın 25-ci turunda "Bornmut"la matçda (2 - 0) zədələnən 19 yaşlı forvardın durumuna aydınlıq gəlib.

Bu gün keçirilən tibbi müayinədən sonra "sanbaçı"nın durumunun ciddi olduğu məlum olub. Belə ki, gənc futbolçu 2-3 ay komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, qış transfer pəncərəsi zamanı Braziliyanın "Palmeyras" klubundan "Mançester Siti"yə transfer olan Jezus İngiltərə təmsilçisinin heyətində meydana çıxdığı 4 qarşılaşmada 3 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right