“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviçlə birlikdə Serbiyada atışma nəticəsində yaralanan azərbaycanlı Yaşar adlı şəxsin kimliyinə aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, o, Azərbaycan birinci divizionunda çıxış etmiş, sonradan maliyyə problemləri səbəbindən dağılmış “Abşeron” klubunun prezidenti Yaşar Rüstəmovdur.
Miçoviç adıçəkilən klubda oynayan məşqçi kimi fəaliyyət göstərib. Onların münasibətləri də həmin vaxtlara dayanır.
Qeyd edək ki, Serbiya mətbuatı Y.Rüstəmovun bud nahiyəsindən güllə yarası aldığını yazıb.