"Neftçi"dən qovulan futbolçu yenə icarəyə verildi

Mövsümün gedişində "Neftçi"dən qovulan Dario Melnyak özünə yeni komanda tapıb. 
 
Newsport.az "voetbalnieuws"a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. Melnyak ölkəsinin "Slaven Belupo" klubu ilə münasibətlərini rəsmiləşdirib. O, mövsümün sonuna qədər sözügedən komandada icarə əsasında çıxış edəcək.

 

Xatırladaq ki, Belçikanın "Lokeren" klubu 24 yaşlı müdafiəçini "Neftçi"yə də icarəyə vermişdi.
 
Qeyd edək ki, Melnyak "Neftçi"də 10 oyun keçirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right