Ağayevlə Mahmudov oynamadı, "Boavişta" xal itirdi

Portuqaliya çempionatında 21-ci turun oyunları keçirilir. 

Newsport.az-ın məlumatına görə, millimizin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun formasını geydiyi “Boavişta” öz meydanında “Braqa”nı qəbul edib. 

Cəzasını başa vuran Kamran və Emin əvvəldən sona kimi matçı ehtiyat oyunçular skamyasından izləyiblər. 

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 

Qeyd edək ki, 21 turdan sonra 26 xalı olan həmyerlilərimizin klubu 11-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right