Almaniya üçüncü Bundesliqasında 22-ci turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Proyssen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.
Eratın adı bu oyunun iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Duysburq" 22 turdan sonra 42 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.