Renat Dadaşov "Ştutqart"a qarşı 90 dəqiqə oynadı

Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 17-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasında oynamağa razılıq verən Renat Dadaşovlu “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə "Ştutqart"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1 -3 hesablı məğlubiyyətlə ayrılıb.

Dadaşov start heyətdə başladığı bu oyunun sonunadək meydanda olub. Hazırda futbolçumuzun komandası 23 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right