Amit Quluzadə "Olimpiakos"a qarşı oynadı

Yunanıstan Super Liqasında 20-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Amit Quluzadənin şərəfini qoruduğu AEL səfərdə lider “Olimpiakos”la qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin 2 - 0 hesablı qələbəsiylə başa çatıb.

Amit Quluzadə 46-cı dəqiqədə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, 20 oyundan sonra hesabında 17 xal olan Larissa təmsilçisi 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right