Millimizin üzvü Ramil Şeydayev Slovakiyanın “Jilina” klubuna keçidindən danışıb.
Newsport.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən Ramil keçidindən və hədəflərindən söz açıb.
Şeydayev “Jilina”nı seçdiyinə görə xoşbəxt olduğunu deyib: “Jilina”ya keçdiyim üçün özümü xoşbəxt hiss edirəm. Düşünürəm ki, yaxşı seçim etmişəm. Bu, daim olaraq oynamaq və öz komandama xeyir vermək üçün bir fürsətdir. “Trabzonspor”un heyətindəki slovakiyalı futbolçular – Matuş Bero və Yan Duritsa ilə “Jilina” haqda söhbət etmişəm. Onlar “Jilina”nın böyük klub olduğunu bildirdilər və mənə inandıqlarını söylədilər. Fikrimcə, yeni klubumda müntəzəm şans qazana biləcəm. Ümid edirəm ki, çempionatı hazırda olduğumuz pillədə bitirib, avrokuboklarda kifyət qədər irəliləyəcəyik. Hazırda özümü çox yaxşı hiss edirəm və “Jilina”nın heyətində debütümü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Ramil Şeydayev 2018-cı ilin iyununa kimi "Jilina"da icarə əsasında çıxış edəcək.