Ukrayna Futbol Federasiyası vaxtı ilə Azərbaycanda çıxış etmiş Sergey Artyuxu ömürlük cəzalandırıb.
Newsport.az-ın xəbərinə görə, qondarma Donets Xalq Respublikasının millisində forma geydiyi üçün ukraynalı futbolçu sərt cəzaya məruz qalıb.
Xatırladaq ki, Sergey Artyux 2008-2009 mövsümündə “Simurq”da, 2011-ci ildə “Turan”da, 2012-ci ildə isə “Rəvan”da çıxış edib.