Əfsanəvi Viktor Çanov vəfat etdi

Fevralın 8-də sovet futbolunun əfsanəvi qapıçılarından olan Viktor Çanov vəfat edib.

Newsport.az-ın məlumatına görə, o, 57 yaşında dünyasını dəyişib.

Bəzi məlumatlara görə, bir neçə gün əvvəl naməlum şəxslər tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib və aldığı xəsarətdən ölüb. Amma Çanovun yaxınları bu xəbəri təkzib ediblər.

V.Çanov 1959-cu ildə Ukraynın Donets şəhərində doğulub. 1978-ci ildən 1995-ci ilə qədər müxtəlif vaxtlarda “Şaxtyor”, “Dinamo” (Kiyev), “Makkabi” (Hayfa), “Bney Yehuda”, SSKA-Borisfen (Ukrayna), həmçinin SSRİ yığma komandasında oynayıb. Üç dəfə SSRİ çempionu, 5 dəfə ölkə kubokunun, 1 dəfə UEFA kuboklar kubokunun qalibi olub.

O, “SSKA-Borisfen” və 2006/2007 mövsümündə Kiyev “Dinamo”sunda məşqçi işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right