Ağayevlə Mahmudovun baş məşqçisi ilə müqavilə artırıldı

Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi Portuqaliyanın "Boavişta" klubu baş məşqçisi Migel Lealla müqaviləsini artırıb.
Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssilə anlaşma 2017/18 mövsümünün sonunadək uzadılıb.
Tərəflərin qarşılıqlı razılığı ilə əməkdaşlığın davam etdirilməsinə cari mövsüm bitməmiş qərar verilib və bu, hüquqi planda həllini tapıb. 
Xatırladaq ki, "Boavişta" 52 yaşlı Lealla müqaviləni cari mövsümün sonunadək imzalamışdı. O, bu postda istefaya göndərilən boliviyalı həmkarı Ervin Sançesi ötən ilin oktyabrın 11-də əvəzləyib. "Boavişta" 20 oyundan 25 xalla turnir cədvəlində 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right