Braziliyanın əfsanəvi futbolçusu Rivaldonun oğlu Rivaldinyo karyerasını Avropada davam etdirəcək.
Newsport.az xəbər verir ki, Rivaldinyo Buxarestin “Dinamo” klubunda çıxış edəcək. Bu barədə məlumatı Rumıniya klubunun rəsmi saytı yayıb.
21 yaşlı futbolçu ilə 2020-ci ilə qədər müqavilə bağlanıb. Rivaldinyo “Dinamo”da 9 nömrəli formanı geyinəcək.
Buna qədər Rivaldinyo Braziliyanın “Monji-Mirin”, “Paysandu", “İntenasional” və Portuqaliyanın “Boavişta” klublarında çıxış edib.