Qətər dünya çempionatı üçün həftədə 500 milyon xərcləyir

Qətər 2022-ci ildə keçiriləcək dünya çempionatının hazırlıqlarına külli miqdarda vəsait xərcləyir.


Newsport.az xəbər verir ki, ölkənin hakimiyyəti mundialın infrastrukturun qurulması üçün hər həftə 500 milyon dollar pul sərf edir. Bu barədə məlumatı Qətərin maliyyə naziri Əl-Şərif Əl Emadi verib:


“Əsas obyektlərin tikintisi üçün həftədə 500 milyon dollara yaxın vəsait sərf edirik. Növbəti 3-4 ildə də belə davam edəcək. Yalnız bu halda məqsədə çata, mundialın keçirilməsinə tam hazır ola bilərik”.


Məlumata görə, Qətər ümumilikdə çempionatın keçirilməsinə 200 milyard dollar xərcləyəcək. 200 milyard dollar təkcə stadionlara deyil, avtomobil yolları, dəmiryol nəqliyyatı, dəniz portları, aeroportlar, xəstəxanalra xərclənəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right