Millimizin sabiq baş məşqçisi Hindistandan qovuldu

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq baş məşqçisi Nikolay Adam Hindistanın U-17 yığmasından istefaya göndərilib.
 
Newsport.az-ın Hindistan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

 

Adamın azərbaycanlı köməkçisi Etibar İbrahimov da istefaya göndərilib.

 

Qeyd edək ki, Nikolay Adam 2015-ci ilin aprelindən Hindistanın U-17 millisində çalışırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right