"Dnepr"in 6 xalı silindi

FIFA Ukraynanın "Dnepr" klubunu növbəti dəfə sərt cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, ali futbol qurumu sabiq oyunuçusu Danilo Souzaya olan borcu üzündən Dnepropetrovsk təmsilçisinin 6 xalını silib. Bununla da hesabında cəmi 6 xal qalan komanda Ukrayna çempionatında turnir cədvəlinin sonuncu pilləsinə düşüb.

Qeyd edək ki, FIFA İntizam Komitəsi daha əvvəl də sabiq baş məşqçisi Xuande Ramosa olan 1 milyon 350 min avro borcunu ödəmədiyi üçün "Dnepr"in hesabından 6 xal silinməsinə dair qərar qəbul edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right