"Barselona"da itki

“Barselona”nın yarımmüdafiəçisi Rafinya Alkantara İspaniya kubokunun 1/2 finalının fevralın 7-də “Atletiko”ya qarşı cavab oyununu buraxacaq.

Newsport.az-ın məlumatına görə, buna onun dünən “Atletik”lə La Liqa matçının 57-ci dəqiqəsində zədələnməsi səbəb olub. Rəqib oyunçu ilə toqquşan Alkantaranın alnında çapıq əmələ gəlib. Sonradan məlum olub ki, 23 yaşlı braziliyalı futbolçunun burnu da qırılıb.

Ehtimal edilir ki, o, təkcə “Atletiko” ilə görüşü yox, həmçinin qarşıdakı bir sıra digər oyunları da buraxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right