"Barselona" və "Monako" 100-ə çatdı

Avropanın 2 klubu bu mövsüm bütün turnirlərdə vurduqları qol sayında 100-ə çatıb.
 
Newsport.az-ın məlumatına görə, bunlar İspaniya "Barselona"sı ilə Fransa "Monako"sudur. 
 
"Barsa" La Liqanın XXI turunda evdə "Atletik"i, "knyazlıq klubu" isə "Nitsa"nı darmadağın edib - 3:0. Amma 100 qol həddinə birinci çatan komanda Kataloniya təmsilçisi olub. 
 
Qeyd edək ki, fevralın 5-də "Real Madrid" səfərdə "Selta"nın qapısından 2-dən çox top keçirsə, nəinki 100-ə çatacaq, hətta bu həddi keçən ilk komandaya çevriləcək.   

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right