"Boavişta" Mahmudova ehtiyac duymadı

Millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" klubu Portuqaliya Premyer Liqasında növbəti oyununu keçirib. 

Newsport.az-ın məlumatına görəPortu təmsilçisi XX tur çərçivəsində səfərdə "Şaviş"in qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

Millimizin üzvü Kamran Ağayev cəzalı olduğu üçün bu matçda iştirak etməyib. Emin Mahmudovun adı oyunun iştirak ərizəsinə daxil edilsə də, o, sona qədər ehtiyat oyunçulkar skamiyasında oturub. 

Qeyd edək ki, bu nəticədən sonra xallarını 25-ə yüksəldən "Boavişta" 10-cu pillədə qalıb. 28 xala malik "Şaviş" isə 6-cıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right