Newsport.az-ın məlumatına görə, 17 yaşlı hücumçu yeni komandasının heyətində "İnqolştadt"ın 19 yaşlılardan ibarət komandası ilə XVI tur çərçivəsində keçirilən oyunda iştirak edib.
Qarşılaşma Dadaşovun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimiz oyunun 73-cü dəqiqəsində özünün yeganə, komandasının isə ikinci qoluna imza atıb.
Qeyd edək ki, Dadaşovun komandası geridə qalan 16 turda 23 xal toplayıb və turnir cədvəlində 14 komanda arasında 7-ci pillədə qərarlaşıb.