Afrika Millətlər Kuboku İlk finalçı məlum oldu

Afrika Millətlər Kubokunda ilk finalçının adına aydınlıq gəlib. 

 

Newsport.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda Burkina Faso və Misir münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qol olmayınca ilk finalçının adına penaltilər seriyasında aydınlıq gəlib. Burda daha dəqiq oynayan (4:3) Misir millisi qitə birinciliyinin finalına vəsiqə qazanıb. 


Yarımfinalın digər oyunu bu axşam Bakı vaxtı ilə 23:00-da keçiriləcək. Kamerun millisi finala vəsiqə uğrunda Qanayla mübarizə aparacaq.

 

Afrika Millətlər Kuboku, yarımfinal

Burkina Faso - Misir 1:1 (pen.3:4)
Qollar: 
Banse, 72 - Salah, 65.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right