"Barselona" "Atletiko"ya qalib gəldi

İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, Madridin “Atletiko” klubu öz meydanında “Barselona”nı qəbul edib. Görüş Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

”Atletiko” – “Barselona” – 1:2
Qollar:
 Suares, 7 (0:1), Messi, 33 (0:2), Qrizmann, 59 (1:2)

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu bu gün keçiriləcək. “Selta” “Alaves”i qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right