"Bavariya"nın futbolçusu Frank Riberi zədələnib.
Newsport.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçi məşq zamanı ombasından zədə alıb. Onun təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, F.Riberi bu mövsüm 18 oyunda 2 qol vurub və 11 qolun ötürməsini verib.