Hazırda həvəskarlar liqasında mübarizə aparan “Bakı”nın sabiq futbolçusu Giorgos Pelagias özünə yeni komanda tapıb.
Newsport.az-ın məlumatına görə, Kipr millisinin üzvü karyerasını ölkəsində davam etdirəcək.
“Bakı”dan ayrıldıqdan sonra Macarıstanın “Tabatanya” və Livanın “Trakay” klublarında çıxış edən futbolçu “Apollon” klubu ilə münasibətlərini rəsmiləşdirib. 31 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər Limassol təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Pelagias 2013-15-ci illərdə “Bakı”da çıxış edib.