İran Pro Liqasında 19-cu turun görüşlərinə start verilib.
Newsport.az-ın məlumatına görə, turun ilk matçında Cənubi Azərbaycanı təmsil edən iki klub üz-üzə gəlib. "Traktor Sazi" doğma meydanda "Maşın Sazi"ni qəbul edib. Təbriz derbisi qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra xallarını 38-ə yüksəldən "Traktor Sazi" ikinci pillədəki mövqeyini qoruyub. Aktivində 10 xal olan "Maşın Sazi" isə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.