Vidal "Barselona"dan ayrılmayacaq

"Barselona"nın futbolçusu Aleiş Vidal mövsümün sonuna qədər komandadan ayrılmayacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Robert Fernandes məlumat verib. O, bu barədə açıqlamasında futbolçudan razı olduqlarını bildirib.

Xatırladaq ki, mövsüm ərzində İspaniya mətbuatı Vidalın gələcəyi ilə bağlı bir sıra məlumatlar yaymışdı. Futbolçunun Luis Enrikenin etimadını doğrulda bilmədiyi üçün komandadan göndəriləcəyi gözlənilirdi.

Qeyd edək ki, o, cari mövsüm 19 tur ərzində 3 oyunda meydana çıxıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right