Dortmund "Borussiya"sı amerikalı hücumçusu Kristian Pulişiçlə yeni müqavilə bağlayıb.
Newsport.az-ın məlumatına görə, klubdan edilən açıqlamada 18 yaşlı futbolçuyla müqavilə müddətinin 2020-ci ilin yayınadək uzadıldığı qeyd edilib.
Pulişiç 2015-ci ildən Bundesliqa təmsilçisinin şərəfini qoruyur. O, “sarı-qaralar”ın heyətində meydana çıxdığı 31 oyunda 4 qol vurub.