Futbol üzrə Portuqaliya Sequndasında 23-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, millimizin futbolçusu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası evdə “Kovilya” ilə qarşılaşıb.
Start heyətində meydana çıxan Budaq 90 dəqiqə meydand aolub. Görüş isə 1:1 hesablı bərabərliklə nəticələnib.
Qeyd edək ki, 23 turdan sonra hesabında 26 xal olan “Sportinq B” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.