Milli komandamızın üzvü Dəniz Yılmazın formasını geydiyi “Bursaspor” baş məşqçisi ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, rəhbərlik Hamza Hamzaoğlunu istefaya göndərib.
Hələlik onu kimin əvəzləyəcəyi məlum deyil.
Qeyd edək ki, bu gün Superliqanın 18-ci turunda öz meydanında autsayder “Adanaspor”a 0:1 hesabı ilə uduzan “Bursaspor” 18 turdan sonra 27 xalla altıncı pillədə qərarlaşıb.