Eddi İsrafilov "Kadis"ə lazım deyil

İspaniya ikinci liqasında 22-ci tura yekun vurulub. 

 

Newsport.az xəbər verir ki, milli komandamızın üzvü Eddi İsrafilovun formasını geydiyi “Kadis” öz meydanında “Almeriya”nı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

İsrafilov matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib. 

 

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 36-ya çatdıran Eddinin komandası turnir cədvəlində üçüncü yeri tutur. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right