"Real"ın futbolçuları Luka Modriç və Marselo zədələniblər.
Newsport.az-ın məlumatına görə, sözügedən oyunçular İspaniya La Liqasının 19-cu turunda "Malaqa" ilə matçda zədə alıblar. Onların 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, "Real" - "Malaqa" görüşü Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.