Newsport.az-ın məlumatına görə, tur çərçivəsində millimizin üvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" klubu səfər sınağına çıxıb. Portu təmsilçisi "Arouka"nın qonağı olub.
Matç "Boavişta"nın qələbəsi ilə başa çatıb - 1:2. Belə ki, matçda hesabı 8-ci dəqiqədə meydan sahibləri açıb. Daha sonra iki qol vuran "Boavişta" aktivinə növbəti 3 xalı yazdırıb və turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.
Portuluların əsas qapıçısı olan Kamran Ağayev cəzalı olduğu üçün bu oyunda iştirak edə bilməyib. Emin Mahmudovun adı matçın iştirak ərizəsinə daxil edilsə də, o, sonadək ehtiyat oyunçular skamiyasında əyləşib.