Kamransız "Boavişta"nın növbəti sınağı

Portuqaliya Premyer Liqasında 18-ci turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" səfərdə "Arouka"nın qonağı olacaq. Ağayev cəza səbəbindən bu görüşdə komandasına kömək edə bilməyəcək. Emin Mahmudov isə baş məşqçinin şans verəcəyi halda meydanda olacaq.

Qeyd edək ki, "Arouka" - "Boavişta" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right