"Liverpul"un əfsanəvi futbolçusu Stiven Cerrard doğma klubuna qayıdıb.
Newsport.az-ın məlumatına görə, o, Premyer Liqa təmsilçisinin akademiyasında məşqçilik edəcək. "Daily Mail"in məlumatına görə, İngiltərə millisinin sabiq üzvü akademiyanın bütün yaş qruplarına nəzarət edəcək.
Qeyd edək ki, 1998-2015-ci illərdə "Liverpul"un formasını geyinmiş Cerard "qırmızılar"ın heyətində 500-dən çox oyuna çıxıb.
