Obameyan: "Bavariya"ya heç vaxt keçməyəcəm"

Dortmund "Borussiya"nın futbolçusu Pyer-Emerik Obameyanq gələcək karyerası haqda danışıb.

Newsport.az-ın məlumatına görə, qabonlu hücumçulçu "sport1" nəşrinə verdiyi açıqlamasında Dortmundda nə qədər qalacağını bilmədiyini açıqlayıb.

27 yaşlı forvardın sözlərinə görə yaxşı təklif olsa, klub onu sata bilər:

"Dəqiq deyə bilməyəcəm. Bilmirəm burada hələ nə qədər qalacağam. Bəlkə 2,3,5 ya da 10 il. Gələcəkdə nə olacağını heç kim deyə bilməz. Yayda yaxşı təklif olsa, "Borussiya" məni sata da bilər. "Bavariya"? Bu komandaya heç vaxt keçməyəcəm"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right