Memfis Depayın yeni komandasının adı məlum oldu

“Mançester Yunayted”in futbolçusu Memfis Depay karyerasını Fransada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, bu transfer I Liqa klubuna 24 milyon avroya başa gələcək. Depay “Lion”da özünü yaxşı tərəfdən göstərsə, bu məbləğ 30 milyon avroya qədər artacaq. Müqavilənin bəndlərindən birinə əsasən "Mançester Yunayted" hollandiyalını yenidən transfer etmək hüququna malikdir. Bundan əlavə, “Lion” Depayı digər kluba satsa, "Mançester Yunayted"ə də ödəniş edəcək.

Xatırladaq ki, “qırmızı şeytanlar” Depayı 2015-ci ildə PSV-dən 34 milyon avro qarşılığında transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right