"Bavariya"nın kapitanı Filip Lam mövsüm sonunda karyerasını bitirməyə hazırlaşır.
Newsport.az-ın məlumatına görə, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, 33 yaşlı futbolçu ötən mövsüm Münhen klubunun İdman Direktoru vəzifəsindən ayrılan Mattias Sammerin yerinə keçəcək.
Xatırladaq ki, Lam 1995-ci ildə "Bavariya"nın uşaq komandalarında oynayıb. O, 2002-ci ildə "Bavariya"nın əsas komandasında debüt edib. Lam karyerası ərzində 8 dəfə Almaniya çempionu və 7 dəfə ölkə kubokunu qazanıb. Bundan əlavə, o, 2013-cü ildə "Bavariya" ilə Çempionlar Liqasının, 2014-cü ildə isə Almaniya millisi ilə dünya çempionatının qalibi olub.
Qeyd edək ki, Filip Lamdan əlavə "Bavariya"nın digər futbolçusu Xabi Alonso da karyerasını mövsüm sonunda bitirəcəyini açıqlayıb.