Kamran Ağayevə sərt cəza

Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsi "Boavişta"da forma geyinən millimizin üzvü Kamran Ağayevi cəzalandırıb.

 

Newsport.az xəbər verir ki, Ağayev 3 oyunluq diskvalifikasiya edilib. Buna təcrübəli qolkiperin ölkə çempionatının XVII turunda "Benfika" ilə matçda (3:3) etdiyi hərəkətlər səbəb olub.


Qeyd edək ki, Kamran sözügedən oyunun 75-ci dəqiqəsində sarı vərəqə almışdı. Oyundan sonra rəqib futbolçularla dalaşan əlcək sahibi ikinci sarı vərəqə ilə cəzalandırılmışdı. 

 

Bundan əlavə, Kamran 1530 avro da cərimə ödəyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right