Ermənistan mətbuatı Vaqif Cavadovdan yazdı

Ermənistan mətbuatı millimizin sabiq üzvü Vaqif Cavadovdan yazıb.

Newsport.az-ın məlumatına görə,  "golosarmeni.am" saytında Cavadovun Rusiyanın "Anji" klubundan gələn təklifə rədd cavabı verdiyi qeyd olunub.

Xəbərdə "Futbol+" qəzetinin məlumatından istifadə edilib. Cavadov bir müddət öncə qəzetə verdiyi açıqlamada "Anji"dən təklif aldığını, ancaq Mahaçkala klubunun baş məqşçisi erməni olduğu üçün bu təklifə rədd cavabı verdiyini deyib.

Qeyd edək ki, “Anji”ni erməni məşqçi Aleksandr Qriqoryan çalışdırır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right