Budaq Nəsirovun komandası acı məğlubiyyətlə üzləşdi

Millimizin üzvü Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq"in B komandası Portuqaliya Sequndasında növbəti oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə,  Lissabon təmsilçisi XXII tur çərçivəsində səfərdə çempionatın lideri "Portimonense"nin qonağı olub. Oyun meydan sahiblərinin 4 - 0 hesablı qələbəsi ulə başa çatıb.

Budaq Nəsirov 30-cu dəqiqədə Bubakarın əvəzinə meydana daxil olub və sona qədər mübarizə aparıb.

Qeyd edək ki, 22 turdan sonra aktivində 25 xal olan "Sportinq" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right