Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası səfər matçına çıxacaq. Lissabon təmsilçisi səfərdə çempionatın lideri "Portimonense"nin qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.
Son vaxtlar "Sportinq"in heyətində ən yaxşılardan olan Nəsirovun bu matçda da şans qazanacağı gözlənilir.
Qeyd edək ki, mövsümün əvvəlində "Sportinq"ə transfer olunan gənc yarımmüdafiəçimiz komandanın heyətində 13 oyun keçirib və 1 qol vurmağı bacarıb.