Millimizin qapıçısı KamranAğayev Portuqaliyada qalmaqala səbəb olub.
Newsport.az-ın məlumatına görə, qolkiper "Benfika" ilə səfər görüşündən sonra qonaqların ehtiyatda oturan üzvü ilə dalaşıb.
Kamranı klubun məşqçilər heyəti və komandanın mühafizəçiləri sakitləşdirə bilib.
İnsidentin ardından Kamran meydanı "Benfika" azarkeşlərinin uğultusu ilə tərk etməli olub.