Ozobiçin qolu Xorvatiyaya kifayət etmədi

"China Cup 2017”də III yer uğrunda oyun keçirilib.

Newsport.az -ın məlumatına görə, üçüncülük uğrunda Çin və Xorvatiya milliləri üz-üzə gəlib. Oyunun əsas vaxtı 1 - 1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (4 - 3) çinlilər üçüncü pillənin sahibi olub. 

 “Qəbələ”nin futbolçusu Filip Ozobiç bu görüşdə iştirak edib. O, matçın 90+1-ci dəqiqəsində meydana daxil olub. Ozobiç komandasının 2-ci penaltisini dəqiq yerinə yetirsə də, Çin millisi qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right