Millimizin üzvləri "Benfika"ya qarşı

Milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi "Boavişta" bu gün Portuqaliya çempionatında növbəti oyuna çıxacaq.

Newsport.az-ın məlumatına görə, Portu təmsilçisi 17-ci tur çərçivəsində Lissabonda Premyer Liqanın lideri "Benfika"nın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, 16 oyundan 41 xalı olan "Benfika" 1-ci, 20 xal toplayan "Boavişta" isə turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right