"Mançester Siti"yə qarşı ittiham

İngiltərə Premyer Liqasında mübarizə aparan "Mançester Siti" klubuna qarşı ittiham irəli sürülüb. 

 

Newsport.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası "şəhərlilər"i antidopinq qaydalarını pozmaqda ittiham edir. Assosiasiyanın rəsmi saytında yer alan xəbərə görə, söhbət antidopinq qaydalarının oyunçuların yeri barədə məlumatların verilməsi haqqında bəndinin pozulmasından gedir.

 

"Mançester Siti" anvarın 19-dək assosiasiyaya ittihamlarla bağlı cavab göndərməlidi. Bu  baş verməsə, kluba cəza veriləcəyi qaçılmazdır. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right