Sabiq "Qəbələ"linin taleyi ermənin əlində

“Qəbələ”dən ayrıldıqdan sonra komandasız qalan və formada qalmaq üçün Ukraynanın "Dnepr" klubunda məşqlər edən Aleksey Antonov Rusiyaya üz tutub.

 

Newsport.az xəbər verir ki, ukraynalı hücumçu "Anji"də baxışdadı. 30 yaşlı forvard Mahaçqala təmsilçisi ilə müqavilə imzalamaq üçün əvvəlcə baxışdan keçməlidi. 

 

Xatırladaq ki, "Anji"yə yeni baş məşqçi təyin olunub və bu, erməni mütəxəssis Aleksandr Qriqoryandı.

 

Qeyd edək ki, Antonov "Qəbələ"nin heyətində çıxdığı 32 oyunda 7 qol vurmağı bacarıb.

 

Onu da nəzərinizə çatdıraq ki, AZAL-dan ayrılan və U-21 millimizin müdafiəçisi Qvanzan Maqomedov da "Anji"də baxışdadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right