FİFA tarixi qərarını verdi: DÇ-da 48 komanda

FİFA prezidenti Canni İnfantino dünya çempionatında komandaların sayının artırılması ilə bağlı irəli sürdüyü təklif haqda qərar qəbul edilib.
 
Newsport.az xəbər verir ki, bu gün bu haqda rəsmi qərar qəbul edilib. Qərara əsasən, İnfantinonun ideyası qəbul olunub və 2026-cı ildən başlayaraq mundialda 48 komanda iştirak edəcək.
 
Reqlamentə görə, final mərhələsində iştirak edəcək 48 komanda hər birində 3 yığma olmaqla, 16 qrupda mübarizə aparacaq. Qrupda ilk 2 yeri tutan yığmalar pley-offa vəsiqə qazanacaq.
 
Dünya çempionatına Avropadan 16, Afrikadan 9,5 (bir yığma digər qitədən olan komanda ilə pley-off qarşılaşması keçirəcək), Asiyadan 8,5, KONMEBOL-dan 6,5, KONKAKAF-a 6,5, Okeaniyadan 1 komanda yollanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right